Gündəm / Hadisə / Dünya

Erməni xilasedici oğurluq edib

Erməni xilasedici oğurluq edib

Ermənistanın Türkiyəyə kömək məqsədilə göndərdiyi axtarış-xilasetmə qrupundan rəzalət.

"Kanal14.az"ın Türkiyə mətbuatından əldə etdiyi məlumata görə Ermənistandan gələn axtarış-xilasetmə qrupunun iki üzvünün oğurluq etdiyi məlum olub.

Belə ki, Milli İstiqbarat Təşkilatının (MİT) üzvləri olan Arsen Qazaryan və Vahan Sürməlyan adlı şəxslərin üzərində ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları, həmçinin dağıntılar altından çıxarılan qızıl-zinət əşyaları aşkar edilib.

Qeyd edək ki, Hatay prokurorluğu hər iki şəxs barəsində cinayət işi açıb və onlar həbs edilib.

Kanal14.az
Aynur Qasımova