Gündəm / Dünya

Rusiya qazanırmı?

Rusiya qazanırmı?

Ukraynada vəziyyət gərginləşir. Bunu əsasən Baxmutda müxtəlif insanlardan götürülən müsahibələrdən görmək olur. Ancaq bu sadəcə o gərgin şəraitdə yaşamağa məcbur olan insanların reaksiyası da saymaq olar.

Yerli müdafiəçilər lazımu sursat və silahla, hərbi texnika ilə təmin olunmadıqlarını deyirlər. Baxmutda yetərli sayda sığınacaq, silah, sursat, tibbi təminat, ərzaq və s. çatışmazlıqlar var.

Mixaylo ləqəbli döyüşçü açlq səmanın Rusiyanın pilotsuz uçuş aparatlarına, eləcə də digər hava hücum texnologiyalarına geniş imkanlar yaradır. Yerdən müdafiə olunmaq yetərsiz qalır.

Digər masqalı döyüşçünün dediyinə görə isə Rusiyanın bölgəyə cəlb etdiyi yeni hərbi qüvvələr və "Vaqner" muzdlu ordusunun döyüşçüləri bölgədə üstünlüyünü artırmaqdadır.

Baxmut iki cinahdan ruslar tərəfindən sıxışdırılır. Yalnız bir tərəfdən çəkilmək imkanı var ki, o da yalnız Baxmutu qoyub getmək üçündür.

Ehtimallar savaşın bir illiyi münasibəti ilə Rusiyanın hücumları gücləndirəcəyi yönündədir.

Halhazırda Ukraynaya lazım olan yardımların Avropa tərəfindən edilməməsi də ciddi problemlərə yol açacağı gözləniləndir.

DogruXeber.az
Asiman Əsədsoy