Gündəm / Cəmiyyət / Dünya

Qaraçöplülərin yardımı davam edəcək

Qaraçöplülərin yardımı davam edəcək

Gürcüstan Respublikası Qaraçöp kəndində xeyirxah insanlar tərəfindən başladılan genişmiqyaslı yardım kompaniyası çərçivəsində Türkiyədə zəlzələdən zərər çəkən əhali üçün lazım olan əşyalar toplanmışdır.
İnter Press-ge xəbər verir ki, bu barədə Qaraçöp İctimai Mərkəzi məlumat yayıb. Həyata keçirilən yardım nəticəsində indiyə qədər 2 tırdan çox geyim və yataq dəstləri, həmçinin 80 min lari məbləğində pul toplanmışdır.
İcma Mərkəzindən verilən məlumata görə yardım kompaniyası bundan sonra da davam etdiriləcək.

Kanal14.az
Ulduz Talıblı