Gündəm / Dünya

Ancelina Colinin ürək yanğısı

Ancelina Colinin ürək yanğısı

Türkiyə və Suriyada baş verın zəlzələlər, insan təlafatı, dağıntılar, uçqunlar, evsiz- eşiksiz qalan insanların acı taleyi dünyanın tanınmış elm, sənət adamlarına da pis təsir etmişdir. Belə ürəyiyumşaq, insanpərvər, xeyirxah məşhurlardan biri də Hollivud ulduzu, aktrisa Acelina Colidir. O, həmişə yerindən, məkanından asılı olmayaraq, fəlakətlərdən zərər çəkən insanların dərdinə şərik olur və onlara maddi dəstək göstərir. A.Coli bu dəfə də ənənəsinə sadiq qalmışdır. Belə ki, o, bu barədə "İnstagram” hesabında pərəstişkarlarına və yaxın tanışlarına müəyyən dəstək üçün müraciət etmişdir. "Ürəyim Türkiyə və Suriya xalqının yanındadər. Onların yaşadığı acını təsəvvür etmək çox çətindir. Ümid edirəm ki, onlara kömək edərsiniz. Bu bizim insanlıq borcumuzdur. Düşünürəm ki, başqaları da ianə etməyi fikirləşər və beləcə həyatları xilas etmək üçün səy göstərərlər.”

Kanal14.az
Ulduz Talıblı