Gündəm / Siyasət

Rəşid Behbudovun kürəkəni Fələstini sərt TƏNQİD ETDİ

Rəşid Behbudovun kürəkəni Fələstini sərt TƏNQİD ETDİ

Dünya şöhrətli müğənni Rəşid Behbudovun kürəkəni, "Space” Müstəqil Teleradio Şirkətinin icraçı direktoru Kamil Şahverdiyev Fələstini sərt tənqid edib.


Kanal14.az-ın  Oxuməni.az-a istinadən  xəbərinə görə, Kamil Şahverdiyev öz feysbuk hesabında belə yazıb:

"Fələstin Ermənistanı ən yaxın dost ölkə sayır və dəstək verir. Suriya, İordaniya, Livan, Fələstin erməni təəssübünü çəkən ərəb dövlətləridir. Hər zaman yanımızda olan İsraili müdafiə etməkdən çəkinməliyikmi? Vətən müharibəsində qardaş Türkiyə və Pakistandan başqa yanımızda hansı müsəlman dövlətini gördük? Məscidlərimizi donuz fermasına çevirən ermənilərə hansı müsəlman ölkəsi təpki göstərdi? Türkiyə, Pakistan və İsraildən başqa daha hansı ölkə haqq işimizdə bizi müdafiə etdi? Məncə dini və milli mənsubiyyətindən asılı olmayaraq dostumuzu və düşmənimizə dəstək verənləri tanımalıyıq”.