Gündəm / Siyasət / Dünya

İsrail Rusiya mümasibətləri soyuyur?

İsrailRusiya mümasibətləri soyuyur?

"Kanal14.az" bildirir ki, Rusiya ilə İsrailin arasındakı münasibətin nədən soyuduğu ilə bağlı xarici mediada aparılan araşdırma detallı mənzərəni göz önünə sərir. Keçən 20 ildə Rusiya ilə İsrail arasındakı münsaibət, əsasən Putin və Netanyahu mümasibətləri ilə uğurla davam etdirilirdi.

Adı çəkilməyən bir keçmiş rus diplomatın dilindən deyilir ki, "Putin gücə hörmət edir. Ona görə də İsrailə qarşı yaxşı münasibəti var". Ancaq Suriyada baş verən müharibədən sonra keçən zaman içində adıkeçən münasibətdə soyuma müşahidə edilir. Bu bir tərəfdən Suriya üzərindəki maraqların kəsişməsi, bir tərəfdən İsrailin sərhədində olan Suriyada Rusiya hərbi qüvvələrinin üstünlüyü səbəbilə aralarında müəyyən tənzimlənən münasibət formalaşdırıldı.

Rusiya-Ukrayna arasındakı müharibə də münasibətlərə mənfi təsir edir. ABŞ İsrailin əsas müttəfiqi olduğu halda Ukraynaya dəstək üçün Rusiyaya qarşı qəti siyasi yol tutması istənsə də, İsrail bu tələbi yerinə yetirmədi. Ukrayna-Rusiya arasında atəşkəsə can atsa da buna sadəcə 50 % imkan olduğunu, sonrakı hadisələrin bu atəşkəsə mane olduğunu da İsrail tərəfi bildirmişdi.
Həm Rusiyada, həm də Ukraynada yaşayan yəhudi icmalar da iki ölkə arasında münasibəti sərtləşdirməyə imkan vermir.

İsrail tərəfi əsasən İsrail və yəhudilərin mənafeyini qoruyur və bunun üçün də hər cür siyasi həlli tətbiq edir.

Ayrıca, İsrail Suriyada sadəcə İranın dəstəklədiyi hərbi birləşmələri vurur. Bəşər Əsədə qarşı əməliyyatlara qatılmır. Əsasən təhlillər İsrail tərəfin dilindən aparıldığı üçan İsrailə haqq qazandıran bir araşdırma olduğunu görmək olur.

Kanal14.az
Asiman Əsədsoy