İsrailin baş naziri Naftali Bennett və ailəsi ölümlə hədələnib.

"Kanal14.az" xarici  KİV-ə  istinadən xəbər verir  ki, İsrail polisindən verilən açıqlamada İsrail baş naziri Naftali Benett və ailəsinə ölüm təhdidləri ehtiva edən məktub göndərilib.

Polis cinayət bölməsi Lahav 433 və İsrail məxfi xidməti Şin Betdən gələn təhdid məktubu ilə bağlı birgə araşdırma başlatdıqlarını açıqlayıb.

Məlumata görə, sözügedən məktubun baş nazirin Raananadakı iqamətgahına göndərilib. Məktubun nə vaxt göndərildiyi məlum olmasa da, onun içində güllə olduğu bildirilib. 

Bennett sosial media hesabından verdiyi açıqlamada məktubun siyasi xarakter daşıdığını ifadə edib:

"Mən baş nazir və siyasi xadiməm, eyni zamanda ər və atayam. Həyat yoldaşımı və övladlarımı qorumaq mənim borcumdur. Siyasi diskurs alovunu azaltmalıyıq” , - deyə qeyd edib.