Gündəm / İdman

Olimpiyadaya gedən yol

Olimpiyadaya gedən yol

Azərbaycan güləşçisi Əlabbas Rzazadə Xorvatiyada keçirilən turnirdə ən yüksək nəticə göstərərək qızıl medal qazanmışdır.

"Kanal14.az" bildirir ki, o, " Zagreb Open” turnirinin fianlına gedən yolda ardıcıl olaraq, yüksək nəticələrə nail olmuşdur. Ə.Rzazadə komanda yoldaşı İslam Bazarqo, Vanhao Zou və Gürcüstanlı Beko Bujiaşvili üzərində tam qələbə qazanmışdır. O, son döyüşdə Yaponiyanın güclü idmançısı sayılan Yuxo Nişiçi üzərində həlledici qələbə qazanaraq fəxri kürsünün ən yüksək mərtəbəsinə ucalmışdır. Bu isə o deməkdir ki, Əlabbas Rzazadə " Paris-2024” Olimpiadasina gedən yolun astanasındadır.

Kanal14.az
Fatimə Kamalqızı