Gündəm / Cəmiyyət / Mədəniyyət

Mənim düşüncələrim

Mənim düşüncələrim

Mən fikirləşməyi , düşünməyi çox sevirəm. Onda sanki həyat mənim üçün gözəlləşir,mənalaşır,yaşamaq, işləmək, çalışmaq ehtirasımı daha da artırır. Xeyirxahlıq, yaxşılıq hisslərimi daha da gücləndirir, həssaslığı, qayğıkeşliyi, diqqətliliyi ehtiva edir.O zaman özümdə böyük dəyişiklik hiss edir,sanki nə üçün yaşamağımın fərqində oluram.Həyat mənim üçün gözəlləşir.O zaman özümü bir şəxsiyyət kimi hiss edir ,varlığımdan qürurlanır, yaşamağım üçün Allaha dua edirəm.Mən insani dəyərləri çox sevirəm və hesab edirəm ki , bu bütün dəyərlərin əsasını təşkil edir və onların fövqündə dayanır.
Əziz dostlar,hörmətli oxucular, mən bu gündən başlayaraq imkanım daxilində hər gün sizinlə burda yəni "DoğruXəbər.az” saytında görüşərək,sizinlə səmimi söhbət edərək , bizi düşündürən məsələlərdən mövzulardan danışacağıq. Çalışacağıq ki,hamımız üçün faydalı olsun.İnsan nə qədər ağıllı,tədbirli olur-olsun bəzən onun da bir sözə,bir fikrə, bir məsləhətə ehtiyacı olur.Bizim qonşuluqda bir qadın yaşayırdı.Olduqca gözəl,tərbiyəli ,mehriban bir insandı.Çox şən,qayğısız görünərdi.Baxan deyərdiki bunun heç bir dərdi yoxdu.Çünki çox zəngin bir ailədə yaşayırdı.Evi,uşaqları ,maşınları bir sözlə hər şey öz qaydasında idi. Amma eşitdiyimə görə evlərinə qonaq gəlməyi sevmirdi. Aylarla,bəlkə də illərlə qapılarını açan olmurdu.Bir gün məni həyət qapısının ağzında görüb dedi:
--- Salam ,qonşu .Vaxtınızı bir dəqiqə ala bilərəm?
---Əlbətdə,-deyə mən ona yaxınlaşdım.O da irəli gəldi .Boynumu qucaqladı.—Biz yaxın olmasaq da ,amma mən sizi doğma bacım qədər çox istəyirəm.Elə qonşularımızın hamısı sizi istəyir.Sizin haqqınızda ancaq xoş sözlər eşitmişəm.
---Çox sağ olun.
O, dayandı,gözləri dolmuşdu.İçimdə nəsə bir narahatlıq keçdi.Əllərindən tutub dedim:
---İndiki məni özünüzə bacı hesab edirsiniz,çəkinməyin nə sözünüz var deyin.Mənim sizlərə böyük hörmətim var
---O, dərindən köks ötürdü ,gözərimə baxdı.
--Bilirsiniz? –dedi: - Bizim hər şeyimiz var.Allahın köməkliyi ilə heç nəyə ehtiyacımız yoxdur.Amma hiss edirəmki,ərim məni sevmir,sadəcə uşaqların anası kimi hörmət edir.Düşünmürəm ki ,kənarda adam saxlayır.Xeyir! Bu heç vaxt da ola bilməz .Amma nə qədər düşünürəmsə səbəbini tapa bilmirəm.Fikirləşməkdən artıq ürəyim ağrıyır.Səbəbini soruşuram , heç nə demir.
Bir qədər fikirləşib sonra dedim:
---İnciməsəniz bir söz soruşardım:
---H.Əlbətdə ,incimək nədi buyurun
---Bildiyimə görə siz deyəsən qonaq sevmirsiz?
--Hə-dedi.Sonra gülümsündü .—Qonağı heç sevmirəm.Özümdən asılı deyil.Bunu həmişə mənə irad tuturlar .Elə yoldaşım da hər dəfə deyir , qaynanam da.Amma nə faydası.
---Birdən -birə ona yazığım gəldi.İnsan üçün bəzən ən dəhşətlisi odur ki,öz xasiyyətinin , xarakterinin qurbanına çevrilir.

Kanal14.az
Aytəkin Talıbqızı