Gündəm / Siyasət

"Xahiş edirəm, mənim adımdan yalan-yanlış məlumatlar yaymasınlar" - Şahbaz Quliyevdən daha bir AÇIQLAMA


"Mənim ailəm çörək tapmır. Həyat yoldaşım qabyuyan işləyirdi, o da işdən çıxıb. Köməyə ehtiyacım var”, - kimi sözlər işlətməmişəm”.

Bu sözləri Oxu.Az-a Şahbaz Quliyev deyib.

O bildirib ki, son günlər mediada o və ailəsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır:

"Mən heç bir jurnalistlə bu mövzuda danışmamışam. Uzun müddət əsir olmuşam. Ailəmin maddi durumunda çətinlik olubsa belə, bunu heç kim kənara hiss etdirməyib. Amma yazırlar ki, guya mən demişəm ki, müalicəmə baxılmır, acından çörək tapmırıq, işsiz qalmışam və s. Belə sözlər işlətməmişəm. Xahiş edirəm mənim adımdan yalan-yanlış məlumatlar yaymasınlar. Bu yaxşı iş deyil”.

Ş.Quliyev deyir ki, onun müalicəsi ən yüksək səviyyədə aparılır:

"Aidiyyəti qurumlar mənim müalicəmə diqqət ayırır. Ölkəyə gətirildiyim gündən həkimlər sağlamlığımla maraqlanıb. Mən 90-cı illərdə döyüşdə olmuşam, yaralanmışam. Heç o dövrdə də kimdənsə gileylənməmişəm, bu gün də gileylənmirəm. Dərmanlarıma qədər təmin edilmişəm. Məni vətənimə qaytardığı üçün, torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandanımıza, Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bir qədər ayaqlarımda problemlər var. Müalicəm davam edir. Ümid edirəm ki, hər şey yaxşı olacaq”