Gündəm / Cəmiyyət / Sosial / Video

Bu kimi yaradıcı gənclərin dəsəyə ehtiyacı var - VİDEO

Bu kimi yaradıcı gənclərin dəsəyə ehtiyacı var

Bu gün gənclər günüdür.

Mövzumuza başlamadan əvvəl "Kanal14.az" informasiya agentliyi adından bütün Azərbaycan gənclərini təbrik edirik.

"Gənclər günü" münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi gənclərə jest edərək, muzeylərə girişi iki gün ödənişsiz edib.
Nə deyək, buna da şükür.

Əsas odur ki, hansısa bir dövlət qurumu gənclər üçün bir addım atıb.
Halbuki, ölkəmizdə təhsilimizin geriyə doğru getməsinə baxmayaraq, şükürlər olsun ən azından zamanın nəbzini tutmağı bacarıb, internet üzərindən intellektini artıran, eyni zamanda hər sahədə yaradıcı çox gənclərimiz var.

Bu gün işsizlik səbəbilə boş vaxtı bol olan və bu bol vaxtını lazımsız "tick-tock" videoları çəkməyə sərf edənlərdən fərqli olaraq, elə "tick-tock" şəbəkəsində istedadını sərgiləyən çox sayda gənclərimiz müxtəlif sosial şəbəkələrdən səmərəli istifadə etməyi bacarır, istedadını, intellektini dünyanın istifadə etdiyi sosial şəbəkələrdə sərgiləyirlər.

Məsələn, bu gənc oğlan milli mahnılarımızı ritminə, notuna toxunmadan dünya dilində (ingilis dili) ifa edir.

Bəli, Nurlan adlı bu gənc oğlan "11lan" istifadəçi adı ilə sosial şəbəkələrdə muğamımızı belə ingilis dilində olduğu kimi ifa edib, paylaşır.

Video burada: https://t.me/c/1631248758/8342

Video burada: https://t.me/c/1631248758/8343

Daha bir görüntünü sizə təqdim edirik ki, həmin görüntülərdə adlarını bilmədiyimiz və hansısa şadlıq sarayında ofisiant olduqları görünən iki gənc zil səslə milli mahnımızı ifa edirlər.

Video burada: https://t.me/c/1631248758/8343

Həmçinin, Fuad adlı bir gənc köhnə filmlərimizin qəhrəmanları ilə dialoq quraraq, bugünün sosial problemlərinə münasibət bildirir.

Bu yolla həm sosial problemlərinə qarşı fikirlərini ifadə edir, həm də filmlərimizi yenidən xatırladır, baxmayanlara da qısa süjet də olsa izlətmiş olur.

Video burada: https://t.me/c/1631248758/8344

Video burada: https://t.me/c/1631248758/8345

Video burada: https://t.me/c/1631248758/8346

Bu cür yaradıcı gənclərimiz kifayət qədərdir, lakin onların yaradıcılıqları Avropa ölkələrində olduğu kimi bizdə də dəyərləndirilib, yaratmaq üçün şərait qurularsa, Azərbaycanımızın dünyada təkcə siyasətdə deyil, hər sahədə xüsusi yeri olar.

Kanal14.az
Jalə Asiman