Gündəm / Sosial

“Həmin gənclər sabah rüşvətxor məmur olub, xalqına yuxardan aşağı baxacaq...”


Bu gün Azərbaycan gəncləri günüdür. Gənclik insanın yaşı ilə deyil, ruhu ilə əlaqələdir. Deyirlər insan özünü hansı yaşda hesab edirsə o yaşdadır. Ancaq mövzu ilə bağlı danışan müsahibimizin fikirləri bir qədər fərqlidir.

Əmədar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan Moderator.az -a açıqlamasında müasir gəncləri müxtəlif cür təəsəvvür etdiyini bildirdi:

"Müasir gənclər dedikdə qulağı sırqalı, əlində siqaret olan gənclərimi nəzərdə tutursunuz? Dünyəviləşmə budurmu? Valideyinlərinin üzünə ağ olmaq hansı milli-mənəvi dəyərlərin göstəricisidir? Milli mentalitetimizə uyğun olmayan Avropa mədəniyyəti qapı və pəncələrimizdən evimizin içinə bu cürmü daxil olur? Gənclərimizi belə zəhərləyərkmi? Xanım, zərafət nümunəsi olan gənc qızlarımız əlindəki siqareti valideynlərinin üzünə üfürür. Gecə vaxtı xanımlarımız, analarımız, qızlarımız küçədə rahat gəzə bilmir. Hansı ki, o müasir gənclər dediyiniz uşaqlar onlara atmaca atır, sataşır. Bəyəm bu müasirlikdirmi? Müasir gənclər budurmu?”.

İntiqam Soltan gənclərimizin arasında sadalağı dəyərlərə sahib olan gənclərin çoxluq təşkil etdiyini desə də onların arasında mərd, cəsur və intellektual gənclərin olduğunu da qeyd etdi:

"Mən bunları sadalayıramsa bu o demək deyil ki, cəmiyyətdə ancaq insanların mənfi xüsusiyyətləri görürəm. Elə deyil. Gözdən kənarda qalan, özünü cəmiyyyətin aparıcı qüvvəsinə çevirməyi bacaran cahillər görünməlidir ki, o gənclər bunu hiss etsin. Az əvvəl sadalağım xüsusiyyətlərə məxsus olan gənclər sabah dövlət sistemində işləyəndə rüşvətxor məmur olub, xalqına yuxardan aşağı baxacaq. Bir ziyalı, intellektual gənc sabah əlini rüşvətə uzadarmı? Bu gün əlini rüşvətə məmurların gəncliyi cəhalət və az əvvəl sadalağım bizə yad olan dəyərlər olub. Bu gün vətən üçün, torpaq üçün canından keçən oğullarımız da bizim gənclərimiz, oğullarımız, balalarımızdır.

30 ildir dünya qarşısında gözü kölgəli idik. 30 ildir çiynimizdə ağır yük olan Qarabağı məhz Azərbaycan gənclərinin qorxmazlığı, şücaətinin nəticəsində geri qaytardıq. Buna görə də o gənclərlə fəxr etmək olar. Amma yaxşı olardı ki, yaxşılar faiz etibarı ilə çoxluq təşkil etsinlər. Düşünürəm ki, son dövrlər təhsilimizdə, mədəniyyətimizdə yeni açılan qapılar bu inkişaf yolunda gəncliyimizə çox kömək olacaq”.

Teatr rəhbəri müasir gənclərin hazırki durumunu teatr dili ilə səhnəyə gətirmək istədiklərini vurğuladı:

"Hazırda bir ssneari üzərində işləyirik. Çox böyük ehtimal ki, onun tamaşasını hazırlayacağıq. Tamaşa tarix dərsində yeniyetmələrimizin Azərbaycanın şərəfli tarixinə necə biganə qalmasından bəhs edəcək. Təbii ki, bu hər kəsə şamil edilmir. Biz orada faktlarla danışacağıq”.