Gündəm

Son illər Azərbaycanda yeniyetmə anaların sayı artıb – Ekspert səbəblərdən danışdı

Son illər Azərbaycanda yeniyetmə anaların sayı artıb – Ekspert səbəblərdən danışdı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Son illər ərzində Azərbaycanda həm yaşı 16-dək olan, həm də 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq,16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub. Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib. Ötən il isə 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub. 

Bəs bu artımın səbəbi nədir? Nə üçün 20 il ərzində azalma yox, artım müşahidə olunur? Mövzu ilə əlaqədar sosioloq Əhməd Qəşəmoğlu "Yeni Sabah”a danışıb. O qeyd edib ki, bunun səbəbi cəmiyyətdə mənəvi dəyərlərin əriməsidir. 

<iframe width="817" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_1" name="aswift_1" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 817px; height: 200px;"></iframe>

"Bunun səbəbi bizim əxlaqi-mənəvi dəyərlərimizdə olan aşınmalardır. İndi siz təsəvvür edin ki, bu qədər uşaq doğulub, amma uşağı olmayan, evli olan azyaşlı qızların sayı bundan 10 dəfə çoxdur. Bəli, təəssüflər olsun ki, belə azyaşlı qızların sayları durmadan artır. Kimlərsə fikirləşir ki, bunlar müasirlirlik əlamətidir, qloballaşma gedir, bunlar yalan sözlərdir. Belə vəziyyətlərin yaranmasının  mütləq qarşısı alınmalıdır. Bütün tarix göstərir ki, hansı cəmiyyətdə mənəvi dəyərlər yüksəkdir, belə hallarda cəmiyyət özü-özünü tənzim edir. Harada ki, belə dəyərlər yoxa çıxır, o vaxt cəmiyyət də məhv olur. Təəssüf ki, bizdə də artıq mənəvi dəyərlər gözdən düşür. Bunlarla elmi təminat olsa, məşğul olmaq olar. Bəziləri bunu dövrün üstünə atır. Bəli, dövranın da təsiri var. Bəziləri deyir ki, maarifləndirmənin zəif aparılmasındandır. Bəli, maarifləndirmə də heç düzgün qurulmuyub. İstər təhsildə, istərsə də cəmiyyətimizdə kifayət qədər boşluqlar var. Ona görə də belə hallarla rastlaşırıq”.