"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın və uşaq olmaqla iki nəfər ölüb.  

Alyaska əyalət polisinin verdiyi açıqlamaya görə, hücum Uels şəhərinin ucqar kəndlərinin birində baş verib. 

Ağ ayı yerli sakinlər tərəfindən güllələnərək öldürülüb. Lakin ölənlərin kimliyi açıqlanmayıb.