Braziliyada keçmiş ədliyyə naziri və Braziliya Federal Dairəsinin keçmiş təhlükəsizlik naziri Anderson Torresin konqresə basqındakı "səhlənkarlığına” görə həbs qərarı çıxarılıb.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki hakim Alexandre de Moraes, keçmiş prezident Jair Bolsonaronun tərəfdarlarının Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə yanvarın 8-də keçirdiyi reyddə Torresi paytaxtın təhlükəsizlik naziri vəzifəsini yerinə yetirməməkdə günahlandırıb.

Hakim Moraes Torresin nəzarətə götürüldüyünü açıqlayıb.

Bildirilib ki, ona qarşı irəli sürülən ittihamları rədd edən Torres ötən həftə ABŞ-a istirahətə gedib və ölkəyə qayıdacağı tarix məlum deyil. İstintaq çərçivəsində polis qrupları Torresin Braziliyadakı evində axtarış aparıb.