Gündəm / Cəmiyyət

Dəvəçi-Abşeron su kanalının Novxanı ərazisindən keçən hissəsində canlılar məhv edilib - ETSN-dən hərəkət yoxdur...FOTO

Dəvəçi-Abşeron su kanalının Novxanı ərazisindən keçən hissəsində canlılar məhv edilib - ETSN-dən hərəkət yoxdur...FOTO

Dəvəçi-Abşeron su kanalının Novxanı ərazisindən keçən hissəsində artıq bir neçə gündür ki, kanala zəhərli kimyəvi maddələr axıdılması səbəbindən, kanalda yaşayan və suyun təmizlik indikatoru rolunu oynayan canlılar, başlıca olaraq müxtəlif növ balıqlar, su qunduzları və tisbağalar kütləvi surətdə məhv olmaqdadır.
Teref.az yazır ki, bunu məşhur vəkil Namizəd Səfərov deyir. Daha sonra Namizəd bəy deyir:

Dəvəçi-Abşeron su kanalının Novxanı ərazisindən keçən hissəsində canlılar məhv edilib - ETSN-dən hərəkət yoxdur...FOTO

Kanal ətrafında yaşayan insanlar, mövcud ekoloji fəlakət barədə, rəsmi əlaqə telefonları heç vaxt cavab verməyən Ekologiya və Təbii Sərvətlər nazirliyininə, çətinliklə olsa belə, dəfələrlə məlumat vermişlər.
Özünü nazirliyin əməkdaşı kimi təqdim edən Elcin Telmanovla əlaqə saxlayaraq, mən də, baş verənlər barədə yenidən məlumat verməyi özümə borc bildim. Lakin, uzun-uzadı danışıqdan anladım ki, vəziyyət nazirliyi qətiyyən maraqlandırmır və narahat etmir. Onlar daha vacib məsələlərlə məşğuldurlar.

Dəvəçi-Abşeron su kanalının Novxanı ərazisindən keçən hissəsində canlılar məhv edilib - ETSN-dən hərəkət yoxdur...FOTO

Təsəvvür edin ki, məndən canlıların kütləvi qaydada qırılmasının hansı obyektin yaxınlığında baş verdiyini dəqiqləşdirir. Deyirəm obyekt nədir, bütün kanal boyu ölmüş balıqlar axır. Zəhərli kimyəvi maddənin kanala axıdıldığı mənbənin aşkar edilməsi on dəqiqəlik zəhmət tələb edir. Siz isə bir həftədir heç bir tədbir görmürsünüz. Sonda qeyd edim ki, bu kanalın suyundan Sumqayıtdan başlayaraq, Zirə kəndinə qədər bütün Abşeron yarmadası əhalisi geniş istifadə edir.
Namizəd Səfərov
Nazirliyin mövqeyini dərc edə bilərik.//Teref.az