Gündəm / Sosial

Xalq niyə balıq tapa bilmir? - Nazirliyin xidmət rəisi ilə İttifaq sədri üz-üzə

 Xalq niyə balıq tapa bilmir? - Nazirliyin xidmət rəisi ilə İttifaq sədri üz-üzə
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Balıqçılar İttifaqı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional İdarəsi ilə birlikdə reyd keçirib. Kür çayının Şəmkir rayonundan keçən hissəsində aparılan reydlər nəticəsində kobud qanun pozuntuları aşkar edilib.

Belə ki, brokonyerlər tərəfindən tətbiqi qadağan edilən sintetik torlar, eyni zamanda motorlu reyzin qayıqlar aşkar olunub. Aşkar olunan təxminən min metrdən artıq sintetik tor müsadirə edilib.

Ümumiyyətlə, brokonyerlərə qarşı mübarizə xüsusən bu aylarda intensivləşir. Lakin onlarla bağlı görülən tədbirlərə baxmayaraq, bu məsələ köklü həllini tapmır. Görəsən brokonyerlər dediyimiz kimlərdir, onlarla mübarizə necə aparılmalıdır, onları himayə edənlər varmı?

Bütövlükdə balıq ovu sahəsində ümumi vəziyyət kafidirmi, hans problemlər mövcuddur? Son dövrlər Xəzərdə balıq da kasadlaşıb.

Bazarlarda az sayda çox yeyilən kütüm balığına rast gəlmək olur. Bu problem nədən qaynaqlanır? Qanunu pozmadan balıq ovlamaq üçün nə etmək lazımdır?

Bundan əlavə, sosial şəbəkələrdə "Şaqay” su kanalında qurulan və balıqların nəslinin kəsilməsinə səbəb olan torlar barəsində məlumatlar da yayılıb. İddia edilib ki, balıq satışı ilə məşğul olan şəxslər bu cür addım atır. Onlar balıq tutmaq üçün kanalın qarşısına tor qurur və suya müxtəlif maddələr tökürlər. Bundan sonra isə balıqlar boğulduğu üçün suyun üzünə çıxaraq tora düşürlər.

Musavat TV-nin saat 16:00-da canlı yayımlanan "Həftə içi” proqramı bu dəfə balıq ovu və brokonyerlər mövzusuna vaxt ayırır. Aparıcı Emil Salamoğlunun qonaqları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə və Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev sualları cavablandırır. Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com