Türkiyəli məşhur sosial media fenomeni, model Şeyma Subaşı misirli iş adamı Məhəmməd Əlsaloussi evlənir.

"Kanal14.az" haberler.com-a istinadən xəbər verir ki,  bu  barədə model  "Instagram" hesabında paylaşım edib. 

Belə  ki, Şeyma toy dəvətnaməsinin fotosunu yayımlayaraq "Xoşbəxtlik seçimdir və mən xoşbəxtəm"şərhini yazıb. 

Qeyd edək ki, Şeyma Subaşı "TV8" kanalının rəhbəri,  prodüser Acun Ilıcalı ilə evli olub. Onların bu evlilikdən bir qızları var.