Hadisə / Dünya

Məşhur iş adamı özünü 27-ci mərtəbədən atdı

 Məşhur iş adamı özünü 27-ci mərtəbədən atdı
Dünyaca məşhur iş adamı, kino prodüseri Stev Binq intihar edib. Dogruxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı Stev Los-Ancelesdəki evinin 27-ci mərtəbəsindən özünü aşağı atıb.

Amerika mətbuatı yazır ki, Binq koronavirusun dünyada vüsət aldığı dövrdə psixoloji problemlər yaşayıb.Qeyd edək ki, Stev ingilis aktrisa, model Yelizabet Harli ilə uzun illər sevgili olub, onların Damian adlı bir övladı var.