Gündəm

İcra başçısı vətəndaşı təhqir etdi ”Doğubsan məndən ötrü doğubsan ! get hara sikayət edirsən et”/VİDEO

İcra başçısı vətəndaşı təhqir etdi ”Doğubsan məndən ötrü doğubsan ! get hara sikayət edirsən et”/VİDEO



















Samux rayon icra başçısı Alı Qocayevin yerli sakinlərə "xüsusi qayğısı” və "dəstəy”ini elə həmin sakinlərin özündən dəfələrlə eşitmişik. DogruXeber.az xəbər verir ki, Samux rayonu icra başçısından daha bir ailə şikayət üçün müraciət edib. Şikayətçinin bildirdiyinə görə yanına yardım istəmək üçün gələn insanların şəxsiyyətini alçaldan Alı Qocayev ağına-qarasına baxmadan nə istiyir onu da danışır. Həmin ailənin maddi durumu olduqca pisdir və ailə cəmi 82 manatla dolanır,əgər bunada dolanmaq demək olarsa. Əlil olan uşağı üçün icranın qəbuluna gedən Həsənova Zəminə Səməndər qızı Alı Qocayevdən xəstə uşağının müalicəsinə yardım etməyi xahiş edib. 

Zəminə xanımın göz yaşlarına baxmayaraq ona "doğmusan, özündən ötrü, mənə nə” deyən icra başçısı xanımın sanki ürəyinə bıçaq sancıb, yaralarını yenidən qanadıb. Cavabında "Axı bu uşaq sabahın əsgəri ola bilər, sağaltmaq mümkündü, yoldaşım işləmir, müalicə etdirə bilmirik” deyən xanıma Alı Qocayev yenidən eyni cavabı verib. Şikayətçi bildirir ki, iş üçün müraciət edən yoldaşına heysiyyatına toxunacaq sözlər deyib. Hətta bir dəfə icra başçısı işçilərindən birinə "bunun qulağından tut, apar kameraya yazdır” deyib. Hörmətli Alı Qocayevə burdan səslənirik; "Sizə vətəndaşın şəxsiyyətinə toxunmağa, onu aşağılamağa və təhqir etməyə kim ixtiyar verib?” İcra başçıları onları bu vəzifəyə kimin təyin etdiyini deyəsən unudublar. O şəxs ölkə başçısı Cənab İlham Əliyevdir ki, dəfələrlə məmuru özbaşınalıqlarına, korrupsiyaya, yerli sakinlərlə sərt davranışlarına görə vəzifələrindən azad etməklə yanaşı həm də bir çox məmurlara ciddi xəbərdarlıqlar edib. 

Alı Qocayev əlbəttə ki, bütün bunları yaxşı bilir, o zaman bu davranışlara haqq qazandıracaq onun hansı səbəbləri var? Onun bu cür laqeydliyi və bir dövlət məmuruna yaraşmayan davranışlarının iki səbəbi ola bilər. Ya Alı Qocayev özünə çox arxayındı, ya da bütün bunları qəsdən edərək ölkə başçısı Cənab İlham Əliyevin tapşırıqlarına qarşı çıxır. Bu isə birmənalı olaraq prezidentə xəyanət kimi başa düşülür. Vətəndaş son ümid yeri kimi necə deyəllər "rayon ağsaqqalına” müraciət edir,lakin "ağsaqqal” öz böyüklüyünü və "xeyirxahlığını” mənfur şəkildə göstərir. Sabahımızın əsgəri olacaq bir uşağın yəni dövlətimiz üçün heçmi əhəmiyyəti yoxdur? İcra başçısının dediklərindən belə nəticəyə gəlmək olar ki, o uşağın varlığı heç bir əhəmiyyət kəsb eləmir. Vətəndaş əlacsız durumuyla bağlı kimə müraciət edəcəyini belə bilmir. Videokadrlarda da həmin ailənin acınacaqlı durumunu görmək olar. 

Çiy kərpicdən tikilmiş və divarlarına suvaq belə vurulmayan evdə ailə hər cür xəstəliyə tutula bilər. Hətta evi qaz pulu verə bilmədikləri üçün odun sobasıyla qızdırırlar. Qeyd edək ki, nə Zəminə xanım, nə də ki, yoldaşı işləmədiyi üçün ailənin maddi durumu günü-gündən artmaqla yanaşı problemlər durmadan artır. İcra başçısının yerli sakinlərə soyuq rəftarı və laqeydsizliyi birnöv ölkənin daxili siyasətinə vurulan zərbədir. Alı Qocayev bu zərbələri durmadan vurur, vəzifədə olduğu sürəcə vurmağa da davam edəcək. Bu cür münasibət sakinlərin dövlət məmurlarına qarşı aqressiyasına səbəb olur. Ümidvarıq ki, vətəndaşın problemlərinə nəzər yetiriləcək.
DogruXeber.az
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq: