ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton keçmiş prezident Donald Trampdan 1,06 milyon dollar təzminat almaq üçün məhkəməyə müraciət edib.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Klintonu 2016-cı il prezident seçkisinin nəticələrinə təsir etmək cəhdində ittiham edib.

Siyasətçi Trampın iddiası nəticəsində özünün, 2016-cı ildə təbliğat aparanların və bir sıra digər şəxslərin çəkdiyi məhkəmə xərclərinin kompensasiyası kimi yuxarıda göstərilən məbləğin müsadirə olunmasını istəyir.

Trampın vəkillərindən biri Klintonun müraciətinin təxribat xarakterli ittiham olduğunu bildirib.