Gündəm / Cəmiyyət / Foto / Mədəniyyət

"Bunun başqa yolu yoxdur" - Peşəkar jurnalist Nizami Təhməzov //FOTO


"Qədim dostlardən bəziləri mənə yazıb irad tuturlar ki, vaxtilə sən də yazardın, pyeslərin dövlət Teatrlarında tamaşaya qoyulardı, köhnə yazar kimi, lap elə bir ziyalı kimi yazıçıların 8- ci qurultayına, Anarın 84 yaşında yenidən sədr seçilməsinə niyə münasibət bildirmirsən? Düzü, onların bu sualı məni çox düşündürdü. Fikirləşdim ki, Anarın və alternativ fikir yürüdənlərin, fərqli düşüncə sahiblərinin burda nə günahı var? Sistem, quruluş, idarəçilik belədir. Azərbaycanda gedən mədəni, elmi, ictimai - siyasi proseslərin məntiqi nəticəsidir. Yazıçıların 8-ci qurultayı da məhz bu nəticələrin aydın və bariz təzahürü və nümunəsidir. 20 - 25 il, belə deyək də, deputat seçilən bir ölkədə yaxşı nə gözləmək olardı ki? Nə qədər ki, biz nəfsimizin, şəxsi maraqlarımızın qurbanına çevrilirik həmişə belə olacaq. Bunun başqa yolu yoxdur! Uzun ilərdən bəri, elə deyək Mirzə Cəlilin, Sabirin vaxtından belə gəlir. Nə dəyişib ki?"

"Kanal14.az" bildirir ki, bu sözləri uzun illər mətbuat sahəsində çalışan təcrübəli jurnalist Nizami Təhməzov şəxsi Facebook hesabında paylaşaraq, yazıçı Anarın yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçildiyinə münasibət bildirib.

Qeyd edək ki, Nizami Təhməzov uzun illər mətbuat sahəsində çalışmış təcrübəli jurnalistdir. Uzun müddət "Moskovski novosti" qəzetinin ərəb dili şöbəsində redaktor işləyib. Dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə ərəb dili tərcüməçisi olaraq iştirak edib.

Eyni zamanda onun özünün müəllifi olduğu bir neçə əsərləri SSR dövründə dövlət teatrında, "Mayakovski" teatrında tamaşaya qoyulub.

Nizami Təhməzov Azərbaycan müstəqilliyi uğrunda böyük zəhməti keçmiş fəal şəxslərdən biridir və hazırda özünün yaratdığı, Milli dəyərlərə böyük önəm verən, qoruyan "Demokratik sağ" partiyasının sədridir.