Gündəm / Siyasət

“AzTV-dəki neoavtoritar idarəçilik heç sovet vaxtında olmayıb” - deputat


"Televiziyalarda islahat aparılmalıdır. Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq”.

DogruXeber.az  "AzPolitika.info”ya istinadən  xəbər verir ki, belə təkliflə millət vəkili Etibar Əliyev çıxış edib.

Deputatın fikrincə, ölkədə telekanallar "səviyyəsizliyə görə” bir-birilərinə bənzəyirlər. Dünyada isə səviyyə uğrunda rəqabət gedir. "Televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür? Məsələn, "Lider”lə Space”- in nə fərqi var? Birləşsələr, nə baş verər? AzTV-dəki neoavtoritar idarəçilik heç sovet vaxtında olmayıb. Televiziyaların ictimai rəyə təsiri sıfıra bərabərdir. Süni davranışlar, savadsızlığın nümayişi, yekəxanalıq artıq normaya çevrilib. Maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə "dişə vurulası” bir veriliş belə yoxdur. Bu ambisiyalı və inkarçı adamlardan bundan sonra da belə verilişləri gözləməyə dəyməz. Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil”.

E.Əliyev misal kimi Vaqif Mustafayev nümunəsini göstərir: "Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır. "Lider” də belədir. Baxıram ki, "Xəzər” də, Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş bataqlığa yaxınlaşır”.