Böyük Britaniyanın maliyyə naziri Kvazi Kvartenq mübahisəli vergi islahatları fonunda istefaya göndərilib.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 14-də o, Baş nazir Liz Trass ilə görüşə gəlib. "Bloomberg"in məlumatına görə, Kvartenq oktyabrın 13-də Vaşinqton səfərini yarımçıq qoyaraq vətənə qayıtmağa məcbur olub.

Kvartenqin istefası xəbəri sentyabrın sonunda təqdim edilən vergi endirimi planının mümkün ləğvi fonunda gəlib.