"Kanal14.az" xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə "Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə keçirilən son monitorinqlərin nəticələrinə görə, dənizdə siyənəklərin və kefalların vəziyyətinin qənaətbəxş olduğu, adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının isə azaldığı müşahidə edilib:

"Ölkəmizdə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə hər il təbii su hövzələrinə ETSN-in balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir”.