Gündəm / Cəmiyyət

Bakı metrosunda qrafik dəyişir

Bakı metrosunda qrafik dəyişir

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı metrosunda qatarların hərəkət qrafikində dəyişiklik edilib.

"Kanal14.az" xəbər verir ki, yeni qrafikə uyğun olaraq interval sərnişin sıxlığına görə müəyyən ediləcək.

Qeyd olunub ki, sentyabrın 15-dən səhər və axşam pik saatlarda interval 2 dəqiqə, gün ərzində 2,5 dəqiqə, gecə saatlarında isə 3 dəqiqəyə qədər artırılacaq.