Cəmiyyət

Bakı metrosunun iş qrafikində dəyişiklik olacaq?

Bakı metrosunun iş qrafikində dəyişiklik olacaq?

Metropoliten stansiyaları səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Kanal14.az bildirir ki,bu barədə "Qafqazinfo”ya Bakı Metropolitenindən məlumat verilib.

Bildirilir ki, metropolitenin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb:

 

"Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib. Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq”.