Sosial

Bakı metrosunda yenə nasazlıq yarandı: Qatar gecikdi

Bakı metrosunda yenə nasazlıq yarandı: Qatar gecikdi
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Bu gün qatarların gecikməsi səbəbindən "Bakı Metropoliteni”nində sənişin sıxlığı yaşanıb.

 

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.

O bildirib ki, gecikməyə səbəb qatarda yaranan nasazlıq olub:

 

"Səhər saat 08:30 radələrində metronun "Həzi Aslanov” stansiyasında qatarda nasazlıq yaranıb. Maşinist qatarda nasazlıq ehtimalı ilə qaydalara uyğun olaraq əlavə baxış keçirib. Nəticədə qatar stansiyada 4 dəqiqə yubanıb”.

.

Qeyd edək ki, dünən səhər saatlarında da qatarlarda problem yaranmış, iki stansiyada hərəkət dayanmışdı.