Gündəm / Cəmiyyət

Azər Vahabzadə iri qida şirkətinə rəhbər təyin edilib

Azər Vahabzadə iri qida şirkətinə rəhbər təyin edilib

Azərbaycanda qida sənayesində "Milla” brendi ilə fəaliyyətdə olan "AZ FP CO LTD” MMC-nin (Azerbaijan Food & Packaging Company) yeni baş icraçı direktoru təyin edilib.

Bu barədə Banker.az-ən əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Azər Vahab Zadə Adil oğlu qida şirkəti "AZ FP CO LTD” MMC-nin baş icraçı direktoru təyin edilib.

A.Vahazadə bundan öncə "OBA Market” şəbəkəsində baş maliyyə inzibatçısı idi və daha öncələri isə "Gilan Holding” MMC-də və "Holcim” kimi iri şirkətlərdə çalışıb.

A.Vahazadədən öncə "AZ FP CO LTD”də bu vəzifəni Qabil Əhmədov tuturdu, hansı ki, o da iki ay öncə "Veysəloğlu”ya rəhbər getmişdi.

Qeyd edək ki, "AZ FP CO LTD” MMC 2006-ci ildə dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı 41.13 mln. manat üzərindədir.