Gündəm / Siyasət / Dünya

Çin Tayvanda siyasi xadimlərə sanksiya tətbiq etdi

Çin Tayvanda siyasi xadimlərə sanksiya tətbiq etdi

Çin ABŞ Konqresinin üzvlərinin Tayvana səfərinə görə adada fəaliyyət göstərən 7 siyasi xadimə sanksiya tətbiq edib.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda ABŞ-ın Tayvandakı nümayəndəsi Syao Mençin, adanın "Milli Təhlükəsizlik Şurasının” katibi Qu Lisyunun da adı var.

Sanksiyalar tətbiq olunmuş bütün şəxslərin, həmçinin onların ailə üzvlərinin Çinin materik hissəsinə, o cümlədən Honq-Konq və Makao xüsusi inzibati rayonlarına girişi qadağan edilib.