"Putin Avropanın taleyini həll edir" - "The Times"
"Kanal14.az" xəbər verir ki, bu barədə "The Times" nəşrində məqalə dərc edilib.
"Çünki indi Avropanın qarşıdan gələn qışın qaranlığında donub-donmayacağına, yoxsa Fransa və Almaniyadakı fabriklərin işlək vəziyyətdə qalması üçün kifayət qədər enerji ehtiyatına malik olub-olmayacağına qərar verən odur (Putin - red.)", - nəşr qeyd edib.Bildirilib ki, bütün Qərbin taleyi Rusiya liderinin ABŞ prezidenti Co Baydenlə hansı münasibət qurmaq istəməsindən asılıdır.