Gündəm / Cəmiyyət / Sosial

Benilüks Azərbaycanlıları Konqresi və “Dayaq” Təşkilatı şəhid ailələri və qazilərə Qurban sovqatı çatdırıb

Benilüks Azərbaycanlıları Konqresi və

Benilüks Azərbaycanlıları Konqresi və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatı tərəfindən müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram sovqatı paylanılıb.

"Dayaq" Təşkilatının sədri Qalib Əliyev Qurban bayramı münasibətilə ilə təşkil olunan xeyriyyə tədbirindəki çıxışında şəhid ailələri və qazilərin ailələrinin bizlərə əmanət olduğunu, məhz həmin oğulların Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşında şücaət göstərərək düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini bildirib.

Q.Əliyev bundan sonra da şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına diqqət və qayğının davam etdiriləcəyini xüsusi olaraq vurğulayıb.

Qeyd edək ki, xeyriyyə məqsədli tədbirdə 100-ə yaxın ailəyə bayram sovqat çatdırılıb.

Benilüks Azərbaycanlıları Konqresi və

Benilüks Azərbaycanlıları Konqresi və

Benilüks Azərbaycanlıları Konqresi və