Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

ƏƏSMN-dən "Kanal14.az"a verilən məlumata görə, mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iştirak edib.