Gündəm / Dünya / İdman

"Qalatasaray" Markaonu "Sevilya"ya satdı


"Qalatasaray"ın futbolçusu Markao karyerasını İspaniyada davamn etdirəcək.

"Kanal14.az" xəbər verir ki, 26 yaşlı oyunçu "Sevilya" ilə anlaşıb. Onunla 5 illik müqavilə imzalanacaq. Bu barədə Əndəlüs təmsilçisinin rəsmi saytı məlumat yayıb.

La Liqa klubu bu keçid üçün "cim-bom"a 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2019-cu ilin yanvarından İstanbul nəhəngində çıxış edirdi.