"İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını İspaniyada davam etdirəcək.

"Kanal14.az" xəbər verir ki, Xorvatiya millisinin üzvü mövsümün sonunda "Barselona”ya keçəcək.

29 yaşlı oyunçu Kataloniya klubu ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. O, La Liqa təmsilçisinə azad agent kimi keçəcək. Çünki "İnter”lə sözləşmə müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Marselo Brozoviç 2015-ci ildən "İnter”in formasını geyinir.