Gündəm / Cəmiyyət

Məhbuslarla görüşə gedənlərdən PCR testi tələbi ləğv edilsin!

Məhbuslarla görüşə gedənlərdən PCR testi tələbi ləğv edilsin!

"Məhbuslarla görüş üçün gələnlərdən PCR testi istənilir".

"Kanal14.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, vəkillər də məhbuslarla görüşə gedəndə PCR testi verməli olur. 

Deputat bunun ləğv olunmasını təklif edib. O qeyd edib ki, bazarlarda qiymətlər od tutub yanır.