Gündəm / Siyasət / Dünya

İsraildən İrana qarşı ABŞ-ın liderliyi ilə koalisiya qurmaq çağırışı

İsraildən İrana qarşı ABŞ-ın liderliyi ilə koalisiya qurmaq çağırışı

İsrailin Müdafiə naziri Benni Qants ABŞ-ın liderliyi ilə İrana qarşı regional koalisiya qurulması çağırışını təkrar edib.

Qants çıxışı zamanı deyib: "İran nüvə müəssisələrinin kameralarını bağlayıb, regiondakı aqressiv əməliyyatlarını genişləndirir, nüvə razılaşmasını əldə eləmək cəhdlərini rədd edir və buna meydan oxuyan addımlarına davam edir”.

"İrana qarşı ABŞ-ın liderliyi ilə ortaq regional qüvvəyə  ehtiyac var. Amerikalı ortaqlarımız və müttəfiqlərimizlə ortaqlıq və dərin əlaqələrlə yanaşı, son illərdə region ölkələri ilə qurduğumuz və genişləndirdiyimiz münasibətlər İsrailin regiondakı uğurunun mühüm ünsürüdür”.

Qants may ayında ABŞ-a səfəri zamanı da bənzər çağırışlar etmişdi.