Dünya

Xamenei 40 illik müharibənin qalibini açıqladı

Xamenei 40 illik müharibənin qalibini açıqladı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Amerika sanksiyaları İrana şəxsi iqtisadiyyatın sərbəstliyini təmin etməyə icazə verdi.

Bu haqda ABŞ-ın İrana qarşı sanksiyalarının yeni paketinin qəbulunu şərh edən İranın ali dini lideri ayətullah Əli Xamenei bildirib.

1979-cu ildə İslam inqilabı zamanı İranda Amerika girovlarının tutulmasının ildönümünə həsr edilən mitinqdə çıxış edən dini lideri 40 illik qarşıdurmada ABŞ-ın uduzduğunu deyib.

"Amerika sanksiyalarının hədəfi İran iqtisadiyyatını şikəst etmək idi, amma əslində onlar ölkəni sərbəstliyə itələdilər”, - o deyib.

 

Xameneinin sözlərinə görə, Vaşinqton sanksiyalarla İran üzərində hökmranlığa nail olmağa çalışır.

Qeyd edək ki, bu gün səhər saat 09:00-da ABŞ-la İran arasında iqtisadi müharibə başlanıb və ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsinə start verib. Bu sanksiyalar İranın enerji resurslarına qarşıdır. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə idarəsi yeni sanksiyaların mətnini dərc etdi. İdarənin qərarına uyğun olaraq, İran hökuməti, təhlükəsizlik qurumları və Mərkəzi Bankı ilə bağlı şəxslərin və şirkətlərin ABŞ-ın yurisdiksiyasında olan bütün aktivləri bloklanacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını açıqlayıb. ABŞ avqustun 7-də İrana qarşı sanksiyaların bir hissəsini tətbiq etmişdi.Publika.az