Gündəm

Yevlaxda yük maşınları toqquşaraq aşıb, yaralılar var

Yevlaxda yük maşınları toqquşaraq aşıb, yaralılar var
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun rayonun Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "KamAZ” markalı yük maşınları toqquşub. Hər iki avtomobil yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində xəsarət alan sürücülər ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.