Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Ukrayna savaşından sonra dünyanı gözləyən təhlükə...

Ukrayna savaşından sonra dünyanı gözləyən təhlükə...

Ukraynaya göndərilən silahlar müharibədən sonra qlobal kölgə iqtisadiyyatının və cinayətkarların əlinə keçəcək.

Bunu İnterpolun rəhbəri Yurgen Ştok deyib.

Ştok hesab edir ki, müharibə başa çatdıqdan sonra beynəlxalq bazarı ağır silahlar dalğası bürüyəcək.

O, İnterpola üzv olan, xüsusən də silah tədarük edən ölkələri silah axınını izləməkdə əməkdaşlığa çağırıb:

"Cinayətkar dəstələr bu xaotik vəziyyətdən, hətta ordunun arsenalında olan ağır silahlardan istifadə etməyə çalışır. Bu silahlar cinayət bazarı üçün əlçatan olacaq və problem yaradacaq. Heç bir ölkə və ya region bunun öhdəsindən fərdi olaraq gələ bilməz. Çünki bu qruplar qlobal miqyasda fəaliyyət göstərir”, - Ştok əlavə edib.