"Kanal14.az" xəbər verir ki, bu barədə "Corriere Della Sera" qəzeti yazır.

Qəzetdə bildirilib ki, London Brüsseldən qorxan və ruslara qarşı çıxan ölkələr arasında yeni siyasi, iqtisadi və hərbi sazişlər sistemini - Avropa İttifaqına alternativ təklif edir.

Conson modeli Böyük Britaniyanın rəhbərlik etdiyi birliyin yaradılmasını nəzərdə tutur. Gözlənildiyi kimi, bura təkcə Avropa ölkələri - Ukrayna, Polşa, Estoniya, Latviya və Litva deyil, Türkiyə də daxil olacaq.

Qəzetin yazdığına görə, Conson "bir aydan çoxdur ki, öz şəbəkəsini toxuyur" – o, təşəbbüsü ilk dəfə aprelin əvvəlində Kiyevdə Böyük Britaniyanın Baş nazirini qəbul edərkən Zelenskiyə təqdim edib. Kiyev hələlik bu təkliflə bağlı mövqe bildirməyib.

Məqalədə deyilir: "Londonun Baş nazirinin Kiyevə səfərindən sonra danışıqlar davam edir və Böyük Britaniyanın Ukraynaya münasibəti getdikcə daha israrlı olur".