Daxili işlər orqanlarında yeni təyinat olub.

"Kanal14.az" xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, polis mayoru Elvin Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Bölməsinin Təşkilati-İnspeksiya qrupunun baş inspektoru vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, E.Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsinə rəis müavini təyin olunub.