Gündəm / Siyasət

Nazir əməliyyatçını rəis müavini təyin etdi - ƏMR

Nazir əməliyyatçını rəis müavini təyin etdi
Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Ramil Səfərəliyev vəzifəsindən azad olunub.

KANAL14.AZ: -  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə müavini təyin edilib.