Gündəm

Vilayət Eyvazovdan yeni TƏYİNAT - ƏMR

Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Kanal14.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polkovnik-leytenant Zahir İsmayılov Suraxanı Rayon Polis İdarəsinin Tədqiqat şöbəsinə rəis təyin olunub.

Bu təyinata qədər Z.İsmayılov Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifəsində çalışıb.