"Kanal14.az" xəbər verir ki, bu barədə "New York Times" qəzeti sabiq müdafiə naziri Mark Esperə istinadən məlumat yayıb.

Nəşrin ilkin nüsxəsi ilə tanış ola bildiyi xatirələrində M.Esper yazır ki, D.Tramp 2020-ci ilin yayında ən azı iki dəfə narkotik laboratoriyalarının bombalanması ideyasını gündəmə gətirib.

Onun sözlərinə görə, eks-prezident deyib ki, ABŞ "narkotik laboratoriyalarını məhv etmək üçün Meksikaya raket zərbələri endirməlidir".

"Heç kim bilməyəcək ki, biz idik", - deyə D.Tramp M.Esperin etirazlarına cavab verib.

"Biz sadəcə bir neçə "Patriot" raketi buraxıb laboratoriyaları səssizcə məhv edə bilərdik", - deyə D.Tramp bildirib.

Qeyd edilir ki, Pentaqonun sabiq rəhbəri əvvəlcə bunun zarafat olduğunu düşünüb, lakin prezidentə baxdıqdan sonra fikrini dəyişib.