Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominaya Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən işlər və Azərbaycan-Ermənistan dövlət sərhədindəki cari vəziyyət barədə ətraflı məlumat verib.

Bu barədə "Kanal14.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.