Almaniya Ukraynaya müharibədən sonra bərpa işləri üçün daha 37 milyon avro verəcək.

"Kanal14.az"ın "Reuters" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynanın enerji sisteminin yenidən qurulmasına təxminən 22,6 milyon avro xərclənəcək, daha 14,4 milyon avro isə Rusiya qoşunları tərəfindən dağıdılmış yaşayış binalarının təmiri və tibbi avadanlıqların alınmasına ayrılacaq.

Qeyd edək ki, Almaniya Rusiya ilə münasibətləri pozmamaq isrəyinə görə, Ukraynaya hərbi yardım əvəzinə maliyyə yardığmı etməyi daha məqbul hesab edir.