Rusiya prezidenti Vladimir Putin bildirib ki, bahalaşma fonunda ruslara kömək etmək lazımdır. 

"Kanal14.az" xəbər verir ki, Bu barədə TASS-ın məlumatında deyilir. 

Putin söz verib ki, hökumət bütün sosial ödənişlərin, həmçinin pensiyaların və dövlət sektorunun maaşlarının artırılması üçün parametrlər hazırlayacaq. Bu cür tədbirlər inflyasiya təzyiqi ilə bağlıdır: "Son ay yarım ərzində Rusiyada qiymətlər kəskin artıb. Ay yarım ərzində inflyasiya 9,4 faiz, aprelin 8-də isə illik ifadədə 17,5 faiz təşkil edib.

Prezident hökumətə və Mərkəzi Banka da müraciət edərək inflyasiyanın sürətlənməsinə diqqət yetirməyi xahiş edib: "İnsanlar bunu öz ailə büdcəsində hiss edir, qiymətlərin necə artdığını hiss edirlər və biz vətəndaşlarımızı dəstəkləməli, onlara inflyasiya dalğasının öhdəsindən gəlməkdə kömək etməliyik".