Gündəm / İqtisadiyyat

Azərbaycanda tikinti sektorunun kreditləşməsi kəskin artıb

Azərbaycanda tikinti sektorunun kreditləşməsi kəskin artıb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 

Bu ilin aprelin 1-nə Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi 681,5 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici son bir ayda 0,9% azalsa da, ilin əvvəlindən 38,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 45,5% artıb.

Qeyd edək ki, sözügedən sahəyə yönəldilən kreditlər ümumi ölkə üzrə kredit qoyuluşlarının 4,6%-ni təşkil edib. Bu illik müqayisədə 1,6 faiz bəndi çoxdur.