Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.

Bu barədə "Kanal14.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qoruğun ərazisində təqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.